5 İyun 2023 / 10:47

KİYEV ÇİNİN RUSİYA İLƏ DANIŞIQLARA QOŞULMASINI ŞƏRT ADLANDIRIB

Ukrayna Çini Rusiya ilə danışıqlar prosesinə cəlb etməyə hazırdır, ancaq Moskva öz qoşunlarını Rusiyanın yeni ərazilərindən çıxarmağa razılıq verərsə.

Tezadlar.az “Ukrinform”-a istinadən xəbər verir ki, bu şərtlə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov çıxış edib.

“Qoy bizə xoşməramlılıq jesti göstərsinlər və Silahlı Qüvvələrini Ukrayna ərazisindən çıxartsınlar. Bundan sonra müzakirə aparan tərəfin Rusiyaya təsiri olduğunu nəzərə alacağıq. Yoxdursa, bağışlayın, nə səbəbdən oturub vaxt itirəcəyik?”, – Reznikov bildirib.

Nazirin sözlərinə görə, Pekin Moskvanı hərbi əməliyyatları dayandırmağa inandıra bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!