Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Bakıda ər və arvad dəm qazından boğulub. Tezadlar.az xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü arvadı Ülviyyə Nərimanova kirayə yaşadığı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.
Təəssüflər olsun, fərdi yaşayış evlərində qazla işləyən qızdırıcı qurğuların istismarında kobud səhvlərə yol verirlər. Burda isə günah ölənlər yox, mənzili kirayə verəndədir. İstintaq bu məqamı mütləq nəzərə almalıdır. Belə çıxır ki, sən nasaz avtomobili kirayə verirsən, yolda avtomobilin sükanı işləmir, maşın dönmür, dağdan aşır, yaxud dərəyə yuvarlanır, 4 nəfər ölür, amma sənin məsuliyyətin olmasın?!
A.Məmmədli