ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişədən çəkilməyi planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə “InfoBRICS” yazır. Orada qeyd olunur ki, Tramp “demək olar ki, eyni vaxtda – Ukrayna və İranda iki sarsıdıcı məğlubiyyətdən qaçmağa çalışacaq”.
Nəşr bildirir ki, “ilk halda mütləq qalib gəlməyəcəyi tamamilə aydın olduğundan, o, indi “vəziyyətdən əlini çəkmək” üçün bir yol axtarır: sadəcə, Kiyev rejimini Amerikanın imicinə xələl gətirmədən taleyinə təslim etmək”.
Zelenski daha əvvəl Ukraynanın özünü münaqişənin həlli danışıqlarında vasitəçi kimi qəbul etməsindən şikayət etmişdi.
E.ŞİRİNOV







