Əsas məzmuna keç

Rubio ABŞ-ın İrana hücumunun səbəbini belə izah edir

ABŞ Dövlət Katibi Marko Rubio bir çox amerikalıların İrana qarşı hərbi əməliyyatın məqsədini başa düşmədiyini bildirib.

Tezadlar.az xəbər verir ki, o, bu açıqlamanı video müraciətində verib.

“Bir çox amerikalı ABŞ-ın niyə indi İrana hücum etməli olduğunu soruşur. Bu, bizim ən yaxşı son şansımız idi”, – deyə o bildirib.

Rubio qeyd edib ki, amerikalılar yalnız hərbi əməliyyatın məqsədini deyil, həm də vaxtını şübhə altına alırlar. Dövlət Katibi izah edib ki, ABŞ İranın nüvə proqramının silah proqramına çevrilməsinin qarşısını almaq istəyir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…