Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecı Kiyevdə raket təhdidi ilə bağlı hava hücumu xəbərdarlığı edilib və Kiyevdə partlayış səsləri eşidilib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, aprelin 6-da səhər saatlarında Ukraynada günün əvvəlindən raket təhlükəsi ilə bağlı ikinci dəfə genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib. Bu barədə Hərbi Hava Qüvvələrinə istinadla Kiyev meri Vitali Kliçko məlumat paylaşıb. Səhər saat 4:57-də demək olar ki, bütün Ukrayna ərazisində hava hücumu siqnalı verilib. “Hava hücumu xəbərdarlığının elan edildiyi ərazilərdə ballistik silahlardan istifadə təhlükəsi vardır”
Səhər alatoranlıqda isə Kiyevin bəzi ərazisində partlayış səsləri eşidilib.
A.Məmmədli