Əsas məzmuna keç

Körpələrin ağlama səbəbi valideynlərdən yox, genetika ilə bağlıdır

A crying newborn in a white towel.

İsveçin Uppsala Universitetinin alimləri müəyyən ediblər ki, iki aydan beş aya qədər olan körpələrin ağlama tezliyi əsasən genetik faktorlardan asılıdır.

Tezdlar.az xəbər verir ki, minə yaxın əkizin iştirak etdiyi araşdırma nəticəsində genetikanın iki aylıq körpələrin ağlama davranışında 50%-ə, beş aylıq dövrdə isə 70%-ə qədər təsir etdiyi müəyyən edilib.

Tədqiqat müəllifi Şarlotta Viktorssonun sözlərinə görə, bu nəticə valideynləri rahatlaşdırmalıdır:
“Tez-tez ağlayan körpə onların günahı deyil”.

Alimlər əlavə ediblər ki, körpələrin gecə oyanmaları daha çox ətraf mühit və ailədaxili rejimlə əlaqəlidir, lakin beş aydan sonra bu davranışa irsi faktorlar da müəyyən təsir göstərməyə başlayır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…