Oktyabrın 2-də axşam saatlarında Rusiyanın hava hücumundan müdafiə qüvvələri Krım və Qara dəniz üzərində üç Ukrayna pilotsuz təyyarəsini vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik dəqiqləşdirib ki, Moskva vaxtı ilə saat 21:30-dan 23:00-dək düşmənin pilotsuz təyyarələri zərərsizləşdirilib.
“Növbəti hava hücumundan müdafiə vasitələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 PUA-nı məhv edib”, – məlumatda deyilir.
Nazirlik əlavə edib ki, iki saat ərzində Qara dəniz üzərində 11 Ukrayna pilotsuz uçan aparatı zərərsizləşdirilib.
E.ŞİRİNOV







