Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Fövqəladə Hallar Nazirliyinin partlayıcı mütəxəssisləri Kursk vilayətinin yaşayış məntəqələrindən birində Amerikanın HIMARS raketinin kasetlərini aşkar edərək zərərsizləşdiriblər.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a idarənin mətbuat xidməti məlumat verib.
“Bələdiyyə rəhbərliyinin tələbi ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri sərhədyanı ərazilərdən birində yaşayış məntəqəsinə baxış keçiriblər”, – deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ümumilikdə, nazirliyin partlayıcı texnikası Kursk vilayətində apardıqları işlər zamanı 156 təhlükəli obyekti zərərsizləşdirib.
E.ŞİRİNOV