5 Sentyabr 2024 / 10:37

KURSK VİLAYƏTİ ÜZƏRİNDƏ PİLOTSUZ UÇUŞ APARATI VURULUB

Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində daha bir Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 5-də Moskva vaxtı ilə saat 10:15 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus pilotsuz uçuş aparatı Kursk vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – məlumatda deyilir.

Bundan əvvəl nazirlik bölgədə üç pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat vermişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!