Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Tezadlar.az Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, iyulun 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə taxıl müqaviləsi ətrafında vəziyyəti müzakirə edib.
O da bildirilib ki, söhbət Ankaranın meşə yanğınlarının söndürülməsi üçün Moskvadan təyyarə almasından gedir.
“İstanbul taxıl müqaviləsi çərçivəsində son inkişaflar və meşə yanğınlarının söndürülməsi üçün Rusiyadan iri təyyarələrin alınması müzakirə edilib”, – Türkiyə nazirliyi bildirib. Danışıqların nəticələri və digər təfərrüatlar hələlik açıqlanmayıb.
İyulun 9-da Fidanla Lavrov telefonla da danışıblar. Sonra diplomatlar taxıl müqaviləsi ilə bağlı vəziyyəti və Ukraynadakı son hadisələri müzakirə ediblər.
Əvvəllər Fidan taxıl müqaviləsinin uzadılmasının tərəfdarı idi. “Türkiyə təşəbbüsü yaşatmağa sadiqdir”, – deyə o vurğulayıb.
E.ŞİRİNOV