Əsas məzmuna keç

Lukaşenko: Bu sözləri deyənlər axmaqdır

.belarus devlet baskani lukasenko ulkede amp

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə prezident hakimiyyətinin onun övladlarına ötürülməsi barədə danışanlar haqqında kəskin fikir bildirərək, onları “axmaqlar” adlandırıb.

Tezadlar.az RBK-ya istinadən xəbər verir ki, o, bu fikri “Pul pervovo” teleqram kanalında yerləşdirilmiş videomüraciətində səsləndirib.

“Axmaqlar. Onlar bunun necə bir iş olduğunu bilmirlər”, – Lukaşenko vurğulayıb.

Belarus lideri izah edib ki, hakimiyyətin təhvil verilməsi dedikdə əldə olunan hər şeyin qorunub saxlanılması və bu irsin dövlətin dağılmasına və məhvinə yol verməyəcək, inkişafı “Çin üsulu ilə” davam etdirə biləcək digər insanlara verilməsi nəzərdə tutulur.

2025-ci ilin avqustunda Lukaşenko artıq kiçik oğlu Nikolayı prezident postunda xələfi etmək barədə güya mövcud olan planlar haqqında məlumatı təkzib etmişdi. Bununla yanaşı, dövlət başçısı Belarusun gələcək prezidentinin fərqli siyasi kurs tuta biləcəyini ehtimal etsə də, dəyişikliklərin inqilabi yox, təkamül yolu ilə getməyinin tərəfdarı olduğunu bildirib. Prezident seçkilərində öz namizədliyini yenidən irəli sürmək niyyəti barədə sualı cavablandırarkən Lukaşenko belə planlarının olmadığını bəyan edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…