25 İyun 2023 / 15:59

LUKAŞENKO PUTİN VƏ NAZARBAYEVLƏ TELEFON DANIŞIĞI APARIB

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya prezidenti Vladimir Putin və Qazaxıstanın keçmiş rəhbəri Nursultan Nazarbayevlə telefon danışığı aparıb.

Tezadlar.az xəbər verir ki, bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.

“Səhər Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb”, – agentliyin saytında deyilir.

Lukaşenko günün ikinci yarısında Nazarbayevlə telefon danışığı aparıb. Bildirilir ki, söhbətin mövzusu beynəlxalq vəziyyət, regiondakı vəziyyət və Belarus və Qazaxıstan arasında münasibətlər olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!