Dünya
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rostov yəhudi dini icması şəhər məhkəməsinin qərarı ilə ləğv edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentliyin məlumatına görə, birlik Rusiya regionunun paytaxtında “qanuni tələblərə” əməl etmədiyi üçün ləğv edilib.
“Təşkilat vicdan azadlığı, dini etiqad azadlığı və dini birliklər haqqında qanunvericiliyin tələblərinə əməl etmədiyi, habelə nizamnamədə nəzərdə tutulmuş məqsəd və prosedurlara əməl etmədiyi üçün ləğv edilib”, – deyə agentlik məhkəmənin qərarına istinadən bildirib.
E.ŞİRİNOV