Magistraturaya qəbul imtahanlarında ölkə birincisi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayeva oldu.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat paylaşıb.
“Fidan 93 bal toplayaraq (essesiz) (95 üzərindən) möhtəşəm nəticə göstərib. Bundan başqa, Fidan BANM-da son imtahan sessiyasında ortalama 100 üzərindən 99 bal nəticə göstərib. Fidan Babayeva eyni zamanda, #SOCARGəncİstedadlarProqramının iştirakçısıdır. Tələbəmiz 2020-ci ildə 694.2 bal toplayaq BANM-ı seçmiş, Prezident təqaüdünə layiq görülmüşdür. İstedadlı tələbəmizi ürəkdən təbrik edirəm”, – deyə rektor qeyd edib.
JASMİN