18 Noyabr 2025 / 13:56

Mal-qara ixracına qoyulan qadağa Qırğızıstanda ətin qiymətini ucuzlaşdırıb

Qırğızıstanın Su Ehtiyatları, Kənd Təsərrüfatı və Emal Sənayesi Nazirliyi əsas ərzaq məhsullarının qiymətlərini sabitləşdirməyə yönəlmiş bir sıra tədbirlər həyata keçirir.

Tezadlar.az  Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib. Nazirliyin məlumatına görə, ətin qiymətlərinin artmasının qarşısını almaq üçün Nazirlər Kabineti diri mal-qaranın ixracını müvəqqəti olaraq qadağan etmək qərarına gəlib. Bu, daxili bazarda təklifi artırmalı və qiymət təzyiqini azaltmalıdır.

Yerli icra hakimiyyətləri və Antiinhisar Tənzimləmə Xidməti ilə əməkdaşlıq çərçivəsində regionlarda sosial satış məntəqələri təşkil olunur ki, bu da son günlərdə ətin qiymətlərində 50-70 som azalma ilə nəticələnib.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!