Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Mehdi Hüseynzadə – “Mixaylo” ilə gizli antifaşist təşkilatı yaradan partizan Mirdamət Seyidovun (1922-2012) bu gün doğum günüdür. Mirdamət Seyidov və Mehdi Hüseynzadə 1944-cü il aprelin 2-də Triest şəhərinin yaxınlığında – Opçine (sloven. Opčine) adlı yerdə kinoteatrı partlatdılar. Nəticədə hitlerçi əsgər və zabitlərdən 80 nəfəri öldü, 110 nəfəri isə ağır yaralandı. Mirdamət Seyidovun ən böyük əməliyyatlarından biri Triest şəhərində almanların restoranının binasının partladılması oldu.

Faşist ordusu əsgərinin paltarlarını geyinmiş Mehdi və onun dostu Mirdamət Seyidov əvvəlcədən detanatorun ampulasını əzib restorana girdilər. Stol arxasında iki yer tutub içində partlayıcı olan çantanı stolun altına qoydular, özləri isə talon almaq bəhanəsi ilə əvvəlcə salondan, sonra isə binadan çıxdılar. Yarım saatdan sonra faşistlərin nahar etdiyi restoran yerlə-yeksan oldu. İki gün ərzində hitlerçilər uçqunların altından m*eyitləri və yaralıları çıxarmaqla məşğul oldular. Bir-birinin ardınca əldə olunan uğurlar onu nəinki bütün ölkədə, hətta İtaliya və Yusoqlaviyada da məşhurlaşdırır.
Mavi gözlü gənc partizanı artıq İvan Ruskiy, Miriço Mario və Vesilin təxəllüsləri ilə tanıyırıdlar. 2011-ci ildə vəfat edib və Göygöl rayonunun Qızılca kəndində dəfn olunub.
Anar Tağıyev,
Tədqiqatçı