13 İyun 2026 / 08:11

Melaike Hüseynin Azərbaycan, Polşa, Rusiya, Türkiyə və İtaliyadakı həyat hekayəsi!

Həmyerlimiz Melaike Hüseyin (Məleykə Hüseyn) beynəlxalq nüfuza malik bir qurum olan Kitab İnstitutu ilə əməkdaşlıq çərçivəsində hazırda Polşadadır.
…Azərbaycanda doğulan Melaike Hüseyinin təhsil illəri fərqli ölkələrlə bağlıdır. O, məktəb həyatına Əfqanıstanın paytaxtı Kabil şəhərində başlayıb və 1987-ci ilə qədər burada yaşayıb. Daha sonra Bakıya qayıdaraq təhsilini 1993-cü ilə qədər doğma şəhərində davam etdirib və ardınca Türkiyəyə yollanıb. Ankarada polonistika (polyak dili və ədəbiyyatı) üzrə ali təhsil alan M. Hüseynin Polşa ilə ilk rəsmi tanışlığı isə 2000-cü ilə təsadüf edir. 2004 il Varşava Universitetinin Polonistika fakültəsində elmi təcrübə keçən tədqiqatçının peşəkar fəaliyyəti o vaxtdan etibarən Polşa ilə sıx bağlanıb.
Şərqşünas, filoloq və tarixçi olan Melaike Hüseyin altı dildə – Azərbaycan, polyak, ingilis, rus, türk və italyan dillərində mükəmməl danışır və yazır. Onun müəllifi olduğu elmi, elmi-kütləvi, publisistik və analitik məqalələr, həmçinin bədii və elmi tərcümələr bu günə qədər Azərbaycan, Polşa, Rusiya, Türkiyə və İtaliyada işıq üzü görüb.
Zəngin tərcümə portfelinə sahib olan həmyerlimin ən uğurlu işlərindən biri Nobel mükafatı laureatı Çeslav Miloşun türk dilinə qazandırdığı və 2021-ci ildə nəşr olunan “İsa vadisi” (“Dolina Issy”) romanıdır. O, hazırda Kitab İnstitutunun (Polşa ədəbiyyatının təbliği ilə məşğul olan dövlət qurumu) Tərcüməçilər Kollegiyasındakı yaradıcılıq ezamiyyəti çərçivəsində Mikolay Lojinskinin “Stramer” əsərinin tərcüməsi üzərində çalışır.

XXX
…Polşa ədəbiyyatının dünyada tanıdılması ilə məşğul olan Kitab İnstitutunun Krakov şöbəsi tərəfindən hazırlanan xüsusi tanıtım videosu hazırda böyük maraqla qarşılanır. Videonun baxış sayı və rəy bölməsindeki coşqu bunun bariz nümunəsidir. Çarxa şərh yazan Polşa vətəndaşları həm Polşa, həm də Azərbaycan mədəniyyətinin təbliği, eləcə də hər iki xalqın ortaq tarixinin populyarlaşdırılması istiqamətində fəəllığı böyük rəğbətlə dəstəkləyirlər. Melaike Hüseyin bu videoda Polşa və Azərbaycanı birləşdirən XIX əsr tarixi irsinə, xüsusilə mədəniyyət və memarlıq sahələrindəki oxşar və bağlayıcı məqamlara diqqət çəkib.
Yaradıcılıq ezamiyyəti çərçivəsində xarici tərcüməçilər Polşanın aparıcı nəşriyyatları ilə görüşmə imkanı əldə ediblər.
Polşanın Krakov şəhərində baş tutan görüşlərdə Melaike Hüseyin ölkənin “Znak” və “Wydawnictwo Literackie” kimi Nobel mükafatı laureatlarının əsərlərini nəşr edən köklü və nüfuzlu nəşriyyat evlərinin nümayəndələri ilə bir araya gəlib.
Bu çərçivədə Məleykə xanım Polşanın məşhur “Znak” nəşriyyatının nümayəndəsi Eva Bolinska ilə görüş zamanı gələcək əməkdaşlığın potensial sahələri müzakirə edib, Azərbaycan dilindən tərcümə ediləcək yeni ədəbi əsərlər barədə fikir mübadiləsi aparıb.

IMG

Polşanın Krakov şəhərində keçirilən “Tərcüməcilər Kollegiası Proqramı – May 2026” layihəsi çərçivəsində Polşa Kitab İnstitutu (The Polish Book Institute) Melaike Hüseyin ilə yanaşı, polyak ədəbiyyatının dünyaca tanınmış və nüfuzlu tərcüməçilərini bir araya gətirib. Ev sahibliyi edilən qonaqlar arasında Anna Cieselska-Ribard (Fransa), Zvonko Dimoski (Makedoniya), Lorenzo Pompeo (İtaliya) və Vyturys Jarutis (Litva) məşhurlar da yer alıb.  (Melaike Huseyin, Instytut Ksiazki, Polish Book Institute etiketinin əlavə olunmasını xahiş edirik)
Melaike Hüseyin, həmçinin Azərbaycanda nəşr olunan “İrs – Heritage” jurnalı ilə də yaxından əməkdaşlıq edir. Tədqiqatçı bu dərgi üçün ingilis, rus, türk və italyan dillərində intellektual düşüncənin inkişafı, publisistika, eləcə də Qafqaz, Türkiyə və İranda qadınların mövqeyinə həsr olunmuş dəyərli elmi məqalələr qələmə alır.
Məlaikə Hüsey’nin ədəbiyyat tərcüməçisi kimi portfoliosunda Maksim Qorkinin “Klim Samqinin həyatı. 40 il” adlı 4 cildlik əsərinin rus dilindən türk dilinə tərcüməsi, həmçinin Anton Çexovun “Ovda dram” əsəri kimi nüfuzlu ədəbi nümunələr yer alır. O, eyni zamanda Azərbaycanın keçmiş Baş naziri Həsən Həsənovun “Atropatena Adorbaygan Adlı Devletin Doğuşu” kitabını da türk dilinə tərcümə etmişdir. Melaike Hüseyin rus şairlərinin poeziyasını türk dilinə və eyni zamanda türk poeziyasını rus dilinə etdiyi tərcümələri ilə tanınır. Tərcümələri Türkiyənin ədəbiyyat jurnallarında çap olunur.
Səriyyə MÜSLÜMQIZI
(Xüsusi olaraq tezadlar.az üçün)

P.S.Taqlar:Melaike Hüseyin; The Polish Book Institute; Institut Książki; Polşa; Əməkdaşlıq

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!