Bu gün saat 15:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Bakı Neft Terminalı ərazisindən çağırış qeydə alınıb. Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili yardıma ehtiyac yaranmayıb, müraciət olmayıb.
Qeyd: Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə bu gün Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.
Bakıda hələ də yanacaq çəni yanır – FOTO






