İndoneziyanın paytaxtı Cakartada məktəblərdən birinin məscidində partlayış olub.
Tezadlar.az “Associated Press”ə istinadən xəbər verir ki, hadisə cümə namazı vaxtı baş verib.
Partlayış nəticəsində azı 55 nəfər yaralanıb.
Onlardan bəziləri artıq xəstəxanadan evə buraxılıb.
Partlayışın səbəbləri hələ müəyyən edilməyib.







