Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Milan” İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “İnter”i məğlub edərək, turnirin finalına yüksəlib. Tezadlar.az TRT- Sport- a istinadla xəbər verir ki, görüş “rossonerilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda Luka Yoviç dubl edib (36, 50-ci dəqiqə), Tijani Reynders isə daha bir qola imza atıb (85).
İki oyunun nəticəsinə əsasən, “İnter”i 4:1 hesabı ilə üstələyən komanda adını həlledici raunda yazdırıb. İkinci finalçının adına bu gün təşkil olunacaq “Bolonya” – “Empoli” matçında aydınlıq gələcək. İlk görüşdə “Bolonya” 3:0 hesabı ilə qalib gəlib. Final matçı mayın 14-də baş tutacaq.
Hazırda kubokun sahibi “Yuventus” İtaliya kubokunda ən çox qalibiyyət rekorduna sahibdir.