Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna Silahlı Qüvvələri (USQ) Sevastopol vilayətində Qara dəniz donanmasının gəmisinə hücum etməyə cəhd edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Ukrayna Sevastopol vilayətində tapşırıqları yerinə yetirən Rusiyanın “Sergey Kotov” gəmisinə pilotsuz qayıqların köməyi ilə hücum etməyə cəhd edib. Nazirlikdən verilən məlumata görə, xəsarət alan olmayıb.
Hücum cəhdindən sonra Qara Dəniz Donanmasının gəmisi tapşırıqları yerinə yetirməyə davam edib, standart silahlarla hər iki qayığı məhv edib.
Bundan əvvəl Sevastopolda dəniz sərnişin nəqliyyatının hərəkəti müvəqqəti olaraq dayandırılmışdı. Avtomobil Nəqliyyatı İnfrastrukturunun İnkişafı Müdirliyi bunun səbəblərini açıqlamasa da, sərnişinlər üçün kompensasiyalı quru marşrutunun təşkil edildiyini qeyd edib.
E.ŞİRİNOV