Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moldova Xarici İşlər Nazirliyi Rusiyadakı səfiri Lilian Darini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə XİN rəsmi “Facebook” səhifəsində məlumat dərc olunub.
Bunun, ölkənin cənub bölgəsində yerləşən yaşayış məntəqələrindən birinə pilotsuz uçuş aparatının düşməsi ilə əlaqəli olduğu bildirilib. Hadisə Ştefan-Voda rayonunun Krokmaz yaşayış məntəqəsində baş verib. Moldova polisinin məlumatına görə, hadisə yerində pilotsuz uçuş aparatının qalıqları aşkarlanıb. Ekspertlər müəyyən ediblər ki, aparat ağacla toqquşduqdan sonra partlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Bununla belə, qalıqlar yaxınlıqdakı kənddə bir neçə evin damına ziyan vurub.
Moldova Xarici İşlər Nazirliyi hadisəni “qətiyyətlə pislədiyini” bildirib. Nazirlik aparatı kamikadze dron və qanadlı raketin xüsusiyyətlərini birləşdirən hibrid vasitə kimi xarakterizə edib.