Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Prezidentin mətbuat katibi qeyd edib ki, Rusiyanın artıq qanunsuz məhdudiyyətlər altında fəaliyyət göstərməkdə geniş təcrübəsi var
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Rusiyanın neft sektoruna qarşı sanksiyaları qanunsuz hesab edir.
“Biz bu sanksiyaları (neft sektoruna qarşı) beynəlxalq hüquq baxımından qanunsuz hesab edirik. Qanuni hesab edilə biləcək yeganə sanksiyalar BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş sanksiyalardır. Əgər belə deyilsə, onlar qanunsuzdur və buna görə də biz bu məhdudiyyətləri tanımırıq”, – Tezadlar.az xəbər verir ki, o, “Sputnik India” tərəfindən Hindistan mediası üçün keçirilən brifinqdə bildirib.
Peskov əlavə edib ki, Rusiya enerji ticarətini davam etdirmək üçün əlindən gələni edir və ölkənin artıq qanunsuz məhdudiyyətlər altında fəaliyyət göstərməkdə geniş təcrübəyə malik olduğunu xatırladıb.
Rusiya-Hindistan sammitindən əvvəl prezidentin mətbuat katibi Moskvanın Hindistanın ən vacib enerji təchizatçısı olaraq qaldığını və qarşılıqlı ticarətin Yeni Dehli üçün gəlirli və faydalı olduğunu vurğulayıb.
Xatırladaq ki, 22 oktyabrda ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “Lukoil” şirkətlərinə, eləcə də onların bir neçə törəmə şirkətinə qarşı sanksiyalar elan edib. Vaşinqton məhdudiyyətlərin Rusiyaya ciddi ziyan vuracağına ümid edir.
Rusiya Prezidenti Vladimir Putin ABŞ sanksiyalarını ölkəyə təzyiq cəhdi adlandırıb. Prezident qeyd edib ki, məhdudiyyətlər Rusiyaya qarşı qeyri-dostcasına atılan və Rusiya-Amerika münasibətlərini gücləndirmək üçün heç bir şey etməyən bir addımdır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Ağ Evin “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalarının əks təsir göstərdiyini bildirib.
E.ŞİRİNOV