1 Avqust 2023 / 04:01

MOSKVA YENİDƏN UKRAYNANIN DRON HÜCUMUNA MƏRUZ QALDI- PAYTAXT SƏKSƏKƏDƏ

Rusiyanın paytaxtı Moskvanın “Moskva Siti” biznes mərkəzinə dron hücumu olub.

Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Eyni zamanda, paytaxtın meri Sergey Sobyanin bu məlumatı təsdiqləyib: “Bir neçə dron Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Biri keçən dəfə olduğu kimi Sitinin eyni qülləsinə çatıb. 17-ci mərtəbə səviyyəsindəki fasad zədələnib”. İlkin məlumata görə, olayda yaralanan olmayıb. Xatırladaq ki, iyulun 30-da “Moskva Siti”yə dron hücumu təşkil edilmişdir. Hadisədə 1 nəfər yaralanmışdı.

Ukrayna ərazisində isə Rusiya qoşunlarının döyüşləri davam edir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!