MSK ölkə üzrə seçici fəallığını açıqladı

4 oktyabr tarixində keçirilən yerli özünüidarəetmə seçkilərində 1.438.116 vətəndaş iştirak edib. Tezadlar.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia Ioseliani bu barədə açıqlama verib. O, bildirib ki, ölkə üzrə seçicilərin 40.93%-i seçkilərdə iştirak edərək öz səsvermə hüququndan istifadə edib. Onun sözlərinə görə, seçki günü sakit və təhlükəsiz mühitdə keçib. Gün ərzində 24 şikayət daxil olub ki, bunlar əsasən foto-video çəkmə qaydalarının pozulması, seçki məntəqələrinin təşkilindəki uyğunsuzluqlar, seçki məntəqəsi xaricində seçicilərin qeydiyyatı və s. ilə bağlı olub.

Xəbəri paylaş