Əsas məzmuna keç

“NƏSƏ BANLASALAR, YENƏ CAVABLARINI VERƏCƏM…”

“Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm”.

Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən tanınır: “Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”, – deyə İ. Əliyev bildirib.

Ermənistanın siyasi rəhbərliyi indiyədək baş verənlərdən nəticə çıxarıbmı?  Tarixin 44 günlük şapalağı bu qondarma dövlətin işğalçı niyyətli siyasi  və hərbi rəhbərliyinə çətin ki təsir etsin…
A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…