7 İyul 2023 / 12:22

NATO-NUN BAŞ KATİBİ ZELENSKİNİN NATO SAMMİTİNƏ SƏFƏRİNİ TƏSDİQLƏYİB

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenskinin alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinə səfərini təsdiqləyib.

Tezadlar.az “Politika Strana” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə o, brifinqdə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini İqor Jovkva bildirib ki, Zelenski NATO-ya üzvlük dəvəti almasa, NATO sammitinə getməyəcək.

​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!