Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyul 2024 / 09:47

NATO UKRAYNADAKI MÜNAQİŞƏDƏN ÖZ MÖVCUDLUĞUNA HAQQ QAZANDIRMAQ ÜÇÜN İSTİFADƏ EDİR

Şimali Atlantika Alyansı qarşısına Rusiyanı məğlub etmək və ya Qərbin kollektiv təhlükəsizliyini təmin etmək vəzifəsi qoymur, Ukrayna münaqişəsindən istifadə edərək öz aktuallığını qorumağa çalışır.

Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “American Conservative” nəşri məlumat yayıb.

“Hazırda NATO-nun əsas vəzifəsi Rusiyanın məğlubiyyəti və ya Qərbin müdafiəsi deyil, özünün sağ qalmasını təmin etməkdir”, – “RİA Novosti” məqalənin mahiyyətini yazır.

Nəşrin fikrincə, NATO-nun buna ehtiyacı üçün əsas səbəb Ukraynadakı münaqişə olub.

Məqalədə qeyd olunur ki, son vaxtlar Qərb NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma barədə fikirləri daha çox eşidir.

Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov NATO-nun Rusiya ilə qarşıdurmaya qətiyyətli münasibətini qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!