1 Aprel 2026 / 11:27

Nazirlik bu dəfə 29 tibb müəssisəsində yoxlama apardı-NƏLƏR ÜZƏ ÇIXDI?

Nəhayət, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2026-cı ilin mart ayı ərzində 29 yoxlama aparılıb. Bunlardan 25-i özəl tibb müəssisəsi, 4-ü isə fiziki şəxsə məxsus obyektdir. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat yayıb. Tezadlar.az nazirliyə istinadla bildirir ki, aparılan yoxlamalar zamanı müəyyən nöqsanlar aşkarlanıb və bu nöqsanlar əsasında cərimələr yazılıb. Ümumilikdə, 26 protokol tərtib olunub. Bunlardan 13-ü hüquqi, digər 13-ü isə fiziki şəxsə yazılıb. Cərimələrin səbəbləri kimi lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma və bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədilməsi, sertfikasiyadan keçmədən özəl tibbi praktika ilə məşğul olma, lisenziyadan kənar fəaliyyət, müəssisə rəhbəri yoxlamaya şərait yaratmadığı üçün plandankənar yoxlamanın keçirilməsi mümkün olmaması və lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma göstərilib. Eyni zamanda mart ayı ərzində plastik cərrahlarla bağlı hər hansı cərimə olmayıb, 3 estetik mərkəzdə yoxlama keçirilib. Bunlardan birində nöqsan aşkar edildiyindən, İXM-in müvafiq maddəsi ilə protokol yazılıb(APA).

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!