Əsas məzmuna keç

Netanyahu “Hizbullah”a qarşı genişmiqyaslı əməliyyata başlamaq istəyir

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan “Hizbullah”a qarşı genişmiqyaslı əməliyyata başlamaq üçün icazə istəyəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Əl-Əxbar” qəzeti məlumat yayıb.

İsrailin cənubi Livanı bir neçə bölgəyə bölmək niyyətində olduğu dəqiqləşdirilib. Bir bölgədə hərbi mövcudluğun olması gözlənilir. İqtisadi bufer zonasının yaradılması da planlaşdırılır.

Əvvəllər Netanyahu İsrailin İranın yəhudi dövlətinə qarşı hər hansı bir hərəkətinə sərt cavab verəcəyini bildirmişdi.

9 dekabrda İsrail ordusu Livanın cənubundakı “Hizbullah”ın hərbi hədəflərinə zərbə endirdiyini bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…