Netanyahu Putinlə müntəzəm əlaqəsinin İsrailə fayda verdiyini açıqlayıb

Netanyahu həmçinin Rusiyanın İsrailin son iki ildə əlaqələrini gücləndirdiyi dörd gücdən biri olduğunu vurğulayıb

İsrailin Baş naziri Benyamin Netanyahu hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə müntəzəm əlaqəsi yəhudi dövlətinə fayda verir.

Tezadlar.az xəbər verir ki, o, bunu 8 dekabrda bildirib.

“Qlobal güc olan Rusiya ilə daimi əlaqələrimiz var. Mən prezident Putinlə müntəzəm əlaqə saxlayıram və bu şəxsi əlaqələr onilliklərdir həyati maraqlarımıza xidmət edir”, – Netanyahu parlament müzakirələri zamanı vurğulayıb.

O, həmçinin Rusiyanın İsrailin son iki ildə əlaqələrini gücləndirdiyi dörd gücdən biri olduğunu vurğulayıb. Bundan əlavə, yəhudi dövlətinin Hindistan, Almaniya və ABŞ ilə münasibətləri yaxşılaşıb.

Bu baxımdan, Netanyahu müxalifətin İsrailin beynəlxalq mövqeyinin aşağı düşdüyü iddialarını rədd edərək, dekabrın sonunda ABŞ prezidenti Donald Trampla altıncı dəfə görüşəcəyini vurğulayıb.

15 noyabrda Putin Netanyahu ilə telefon danışığı aparıb və onlar Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

E.ŞİRİNOV

Xəbəri paylaş