Norveç üzərində yenidən naməlum pilotsuz təyyarələr aşkarlanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Military Observer” Telegram kanalı məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, Norveç polisi Şimal dənizindəki Equinor neft-qaz yatağında pilotsuz uçuş aparatının olması barədə məlumat alıb. Hüquq-mühafizə orqanlarına məlumat sentyabrın 29-u axşam saatlarında daxil olub.
Sentyabrın 25-də Norveçdə Oslo hava limanı yaxınlığında dron idarə edən əcnəbi vətəndaş saxlanılıb. Pilotsuz uçan aparat müsadirə olunacaq, xarici vətəndaş isə polis tərəfindən dindiriləcək.
E.ŞİRİNOV







