6 Mart 2025 / 11:20

Odessa vilayətində enerji infrastrukturu obyekti zədələnib

Ukraynanın cənubundakı Odessa vilayətinin Yujnı şəhərində enerji infrastrukturu obyektinə ziyan dəyib.

Tezadlar.az bildirir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Kiper öz Telegram kanalında məlumat verib.

O, nəticələrin aradan qaldırılması istiqamətində işlərin aparıldığını qeyd edərək, obyektin növü və yerini açıqlamayıb.

Martın 6-na keçən gecə Odessa vilayətində hava hücumu həyəcanı elan edilib, o, bir saatdan çox davam edib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!