Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

DXR-in Kramatorsk rayonunun Torskoye kəndinin sakini Sergey Trofimenko Ukrayna hərbçiləri tərəfindən öldürülən oğlunu öz bağçasında basdırmaq məcburiyyətində qalıb.
Tezadlar.az xəbər verir ki, ata bu barədə “RİA Novosti” agentliyinə verdiyi müsahibədə danışıb.
Gənc oğlan sinif yoldaşı ilə birlikdə traktor sürərkən Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsi onları vuranda həlak olub. Ukrayna pilotsuz təyyarələrinin davam edən hücumları səbəbindən kişi oğlunun cəsədini yalnız axşam saatlarında hadisə yerindən çıxara bilib.
“Oğlumun sinif yoldaşları mənə atəş altında kömək etdilər; bir çuxur qazdılar və onu bağçada basdırdılar”, – deyə ata bildirib.
Oktyabrın 28-də Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko bildirib ki, 2014-cü ildən bəri Donbasda 5000 mülki şəxs Ukrayna döyüşçüləri tərəfindən öldürülüb. DXR və LXR-dən olan daha 18000 kişi, qadın və uşaq yaralanıb.
E.ŞİRİNOV