Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistanla sərhəddə Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulub.
Tezadlar.az bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.
Qeyd olunur ki, Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.
“Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, – deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında vurğulanır.
E.ŞİRİNOV