“OTDIX” restoranında “otdıx”lıq bir şey tapılmadı- AQTA-dan reyd FOTOLARDA!

Oxunma sayı: 171
…Bəziləriu yazır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi son vaxtlar “OBEXESS”lik edir, restoranları və şadlıq evlərini yoxlayır… Bəzilərinə əcəb olur! Quzu ətinin bazarda kilosu 22-23 manatdır. Bir kilo ətdən 5 şiş kabab düzəldib bir şişini 9-10 manata satır bu restoranlar. Beləcə, bir kilo ətdən 50 manatlıq təmiz mənfəət var, ətin pulunu çıxanda 28 manat! Bəs bu kabablar hansı mətbəxin məhsuludur? Gəlin bu dəfə Bakıdakı “Otdıx” restoranına baş çəkək. Bu restoran Xətai rayonu, H.Salmani küçəsi -7 ünvanındadır, fiziki şəxs Hacıyev Rza Rasim oğlunun adına sənədləşdirilib. Təbii ki, vergini qəpik-quruş ödəmək üçün. Bununla belə, AQTA əməkdaşları “Otdıx” restoranında reyd keçirilib. Məlum olub ki, bu restoranın mətbəx hissəsində havalandırma sistemi yoxdur, sanitar-gigiyenik tələblər pozulur, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmir, həmçinin istehlaka təqdim edilən heyvan mənşəli məhsullarının (quş əti və balıqlar) müvafiq icazə sənədləri yoxdur. 
Bu azmış kimi, restoranda çalışan işçilər tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilməyib. Ən vacib məqam: emal edilmiş məhsullar bir yana, şübhə yarandığından ətlərdən nümunələr götürülərək laboratoriyaya göndərilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir. (
Oxucular həm də yazır ki, kaş (yəni, gücü çatarsa) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Yeganə” Şadlıq Sarayına da baş çəkməyi unutmasın! Yəqinki unutmazlar!):
Xəbəri paylaş

30 Aprel