18 İyun 2023 / 15:17

PAPA ƏMƏLİYYATDAN SONRA İLK XÜTBƏSİNİ OXUDU

Romada əməliyyat və xəstəxanadan çıxdıqdan sonra Roma Papası Fransisk ilk xütbəsini oxudu.

Dua zamanı o, tibb müəssisəsində olduğu müddətdə göstərdiyi sevgi, qayğı və dəstəyə görə dərin minnətdarlığını bildirib.

Papa bağırsaq əməliyyatından sonra doqquz gün keçirdiyi Gemelli Xəstəxanasını bu həftə tərk edib. Fransisk iyunun 7-də əməliyyat olunub. Üç saat davam edən əməliyyat fəsadsız başa çatıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!