Əsas məzmuna keç

Paşinyan Ermənistanın KTMT-dən müstəqil olmasından danışıb

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi faktiki olaraq ölkənin müstəqilliyinə gətirib çıxarıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Novosti-Armeniya” məlumat yayıb.

Paşinyan vurğulayıb: “2022-ci ildə KTMT-nin bizim qarşımızda olan öhdəliklərini yerinə yetirmədiyini və yerinə yetirmək niyyətində olmadığını anlayaraq, yalnız öz gücümüzə güvənməyin zəruriliyini dərk etdiyimiz anda müstəqil olduq”.

Paşinyanın sözlərinə görə, KTMT-nin təqdim etdiyi təhlükəsizlik sisteminin uydurma olduğu sübuta yetirilib.

“Bu, sadəcə olaraq, dövlətimizin tam inkişafına mane olan mexanizmdir. 2020-ci ildə biz bunu tam başa düşməmişik”, – o əlavə edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…