Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 May 2026 / 09:40

Paytaxtda etiraz yürüşü baş tutdu- MEDİAYA DƏSTƏK

Gürcüstan paytaxtında ənənəvi şənbə yürüşü bu gün mediaya dəstəyə həsr olunub. Tezadlar.az xəbər verir ki, aksiya iştirakçıları “Mziyaya azadlıq, siyasi məhbuslara azadlıq” şüarı yazılmış banner açaraq yürüş ediblər. Etirazçılar eyni zamanda müxtəlif məzmunlu plakatlar, həmçinin Gürcüstan, Ukrayna, ABŞ və Avropa İttifaqının bayraqlarını qaldırıblar.

Qeyd edək ki, vətəndaşlar bir ildən artıqdır ki, qanunverici orqan qarşısında etiraz aksiyaları keçirərək yeni parlament seçkilərinin təyin olunmasını və aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!