Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 İyun 2026 / 10:46

ABŞ-dan İran qərarı: Aktivlərin bir hissəsi blokdan çıxarılır

Vaşinqton administrasiyası İranın BMT müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına razılıq verəcəyinə ümid edir.

 

Təzadlar.az  xəbər verir ki, ABŞ bunun müqabilində Tehrana əvvəllər dondurulmuş aktivlərinin bir hissəsinə çıxış imkanı verməyə hazırdır.

 

Onun mənbələrinə görə, “ABŞ İranın BMT müfəttişlərini danışıqların birinci mərhələsindən sonra ABŞ və İsrail tərəfindən bombalanan nüvə obyektlərinə dəvət etməsini istəyir”. Nəşr aydınlaşdırır ki, “ABŞ bunun müqabilində İrana Qətərdəki 6 milyard dollarlıq hesabdan başlayaraq dondurulmuş vəsaitlərinin bir hissəsinə çıxış imkanı verməyə hazırdır”. Portalın məlumatına görə, İran tərəfi bu vəsaitlərdən zəruri malların alınması üçün istifadə edə bilər.

 

ABŞ və İran arasında texniki məsləhətləşmələrin iyunun 21-də Bürgenstokda keçirilməsi gözlənilir. Pakistan və Qətərdən də nümayəndələr iştirak edəcək.

 

ABŞ-ın vitse-prezidenti J.D. Vance əvvəllər İranın nüvə proqramı və Livanda atəşkəslə bağlı məsələlərin qarşıdan gələn danışıqların əsas mövzuları arasında olacağını bildirmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!