23 Aprel 2025 / 12:14

Pekin Ukrayna münaqişəsində Çinin Rusiyaya yardımı ilə bağlı Kiyevin manipulyasiyalarına qarşı çıxıb

Çin hakimiyyəti Ukrayna münaqişəsində Rusiya Federasiyasının tərəfində hərbi əməliyyatlarda Çin vətəndaşlarının iştirakı və Moskva ilə müdafiə əməkdaşlığı ilə bağlı Kiyevin əsassız ittihamlarına və manipulyasiyalarına qəti şəkildə qarşıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun bildirib.

“Çin qətiyyətlə əsassız ittihamlara və siyasi manipulyasiyaya qarşıdır”, – o, Çin səfirinin Ukrayna Xarici İşlər Nazirliyinə bu yaxınlarda çağırışını şərh etməyi xahiş edən qərbli jurnalistə cavab olaraq brifinqdə vurğulayıb.

Quo Jiakun aydınlaşdırıb ki, Pekin artıq bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Çinin Kiyevdəki səfiri Ma Şenqkun Ukrayna Xarici İşlər Nazirliyinə Çin vətəndaşlarının guya Rusiya Federasiyası tərəfində hərbi əməliyyatlarda iştirakı və Moskva ilə müdafiə sahəsində əməkdaşlıq etdiyinə görə çağırılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!