Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2024 / 07:12

PENTAQON GÜRCÜSTANLA HƏRBİ ƏMƏKDAŞLIĞI KƏSMƏYƏCƏK, AMMA…

Rəsmi Vaşinqton birgə təlimlərin ləğvinə baxmayaraq, Tbilisi ilə hərbi əməkdaşlığı dəstəkləməyə davam edəcək.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib. Rayder bu yay planlaşdırılan hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salınmasını şərh edərkən bildirib ki, Pentaqonun başqa hər hansı ləğvetmədən xəbəri yoxdur.

Rayder ABŞ-ın Gürcüstan ordusu ilə tərəfdaşlıq əlaqələrini davam etdirəcəyini vurğulayıb. O, Pentaqonun Gürcüstanın suverenliyini möhkəmləndirmək və ərazi bütövlüyünü qorumaq üçün yollar axtaracağını da qeyd edib. 

Rusiyaya meyillik Gürcüstanda siyasi gərginliyi artırıb və hələki problemin həlli görünmür…

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!