3 Avqust 2023 / 09:26

PESKOV: PUTİNİN ƏRDOĞANLA GÖRÜŞ YERİ VƏ TARİXLƏRİ RAZILAŞDIRILACAQ

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünün yerləri və tarixləri hələ müəyyən edilməyib, onlar razılaşdırılacaq.

Tezadlar.az bildirir ki, bu barədə avqustun 3-də keçirdiyi brifinqdə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Prezidentlər tezliklə görüşmək niyyətlərini təsdiqləyiblər. Lakin görüşün yeri və belə görüşün vaxtı diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq”, – Kreml sözçüsü bildirib.

Avqustun 2-də telefon danışığında Putin və Ərdoğan görüş barədə razılığa gəliblər. Peskov qeyd edib ki, tədbirin keçiriləcəyi yer mütləq Türkiyə olmayacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!