Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya xüsusi hərbi əməliyyatını davam etdirir, lakin Moskva ilkin şərt olmadan Kiyevlə danışıqlara başlamağa hazırdır.
Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika lideri Donald Trampın Rusiyaya Ukrayna hədəflərinə zərbələri dayandırmaq çağırışını şərh edərkən deyib.
“Tramp bunları deyib. Xüsusi hərbi əməliyyat davam edir”, – Peskov xatırladıb. – “Prezident Rusiya tərəfinin dinc kursa doğru irəliləmək üçün heç bir şərt olmadan Ukrayna ilə danışıqlar prosesinə başlamağa hazır olduğunu dəfələrlə təsdiqləyib”.
Kreml sözçüsü qeyd edib ki, Birləşmiş Ştatlar da “prosesi dinc yola yönəltmək” səylərini davam etdirir.
E.ŞİRİNOV