26 Mart 2025 / 08:18

Polkovnik Makqreqor: Zelenski hakimiyyətdən uzaqlaşdırılmalıdır

Keçmiş Amerika Ordusunun polkovniki Duqlas Makqreqor əmin olduğunu bildirib ki, Vladimir Zelenski öz hərəkətləri ilə Vaşinqtonun Ukrayna üzrə sülh sazişinin bağlanmasında əldə etdiyi bütün nəticələri alt-üst edir və o, hakimiyyətdən uzaqlaşdırılmalıdır.

Onun sözlərinə görə, Zelenski atəşkəs razılaşmalarını əldə etdikdən dərhal sonra onları pozan zaman ABŞ prezidenti Donald Trampın üzünə sözün əsl mənasında tüpürüb.

“Belə bir adam hakimiyyətdə olarkən heç bir sülhə nail olmaq mümkün deyil. Onu çıxarmaq lazımdır. Əgər bunu etməsək, Ukraynanı tərk etməliyik”, – “RİA Novosti” Makqreqora istinadən yazır.

Ali Radanın deputatı Artyom Dmitruk daha əvvəl Zelenskini Ukraynada sülhə yeganə maneə adlandırmışdı.

Ali Radanın digər deputatı Aleksandr Dubinski də öz növbəsində bildirib ki, Zelenski Trampla dialoqdakı uğursuzluqlara görə istefaya getməlidir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!