Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belarus prezidenti Aleksandr Lukaşenko casusluq, terrorizm və ekstremizmdə ittiham olunan müxtəlif ölkələrin 123 vətəndaşını əfv etdi.
Tezadlar.az bildirir ki, bu barədə “Birinci Pool” Telegram kanalında məlumat verilib.
“Dövlət başçısı müxtəlif cinayətlər törətdiklərinə görə Belarus Respublikasının qanunlarına əsasən məhkum edilmiş müxtəlif ölkələrin 123 vətəndaşını əfv etmək qərarına gəlib”, – məlumatda deyilir.
Qeyd olunur ki, qərar ABŞ prezidenti Donald Trampla razılaşmalara uyğun olaraq, eləcə də digər dövlət başçılarının xahişləri əsasında verilib.
Bu jest həmçinin Co Bayden administrasiyası tərəfindən Belarus kalium sənayesinə qarşı sanksiyaların qaldırılmasını və ölkəyə qarşı digər məhdudlaşdırıcı tədbirlərin ləğvi prosesinin praktik olaraq həyata keçirilməsini göstərir. Qərar həmçinin humanitar prinsiplər və Avropada vəziyyəti sabitləşdirmək istəyi ilə bağlıdır.
Noyabr ayının sonunda əfv edilənlər də daxil olmaqla, azadlığa buraxılan əcnəbilərin ümumi sayı 156-ya çatıb. Onların arasında Böyük Britaniya, ABŞ, Litva, Ukrayna, Latviya, Avstraliya və Yaponiya vətəndaşları da var.
E.ŞİRİNOV