Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya prezidenti Vladimir Putin Aşqabadda Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə ayaqüstə danışıb və tezliklə Kazanda prezident Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirəcəyini təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Hazırda Putin Türkmənistanda işgüzar səfərdədir.
“Putin Türkiyə Böyük Millət Məclisinin, Türkiyə parlamentinin sədri ilə ayaqüstə danışıb. Bu yaxınlarda Moskvada baş tutan söhbətlərin davamında qısaca fikir mübadiləsi apardıq. Putin isə bir həftə sonra Kazanda prezident Ərdoğanla ikitərəfli görüş gözlədiyini söylədi”, – Peskov jurnalistlərə bildirib.
Qeyd edək ki, BRİKS sammiti Kazanda baş tutacaq.
E.ŞİRİNOV