Əsas məzmuna keç

PUTİN QLOBAL ƏRZAQ BÖHRANININ GÜNAHKARLARINI AÇIQLADI

Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinin liderlərinə və nümayəndələrinə izah edib ki, qlobal ərzaq böhranı Ukraynada hərbi əməliyyatların başlaması ilə bağlı deyil. Onun sözlərinə görə, bunun günahkarı Qərb dövlətləridir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə prezident iyunun 17-də afrikalı həmkarlarının Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair təşəbbüsün müzakirəsi zamanı danışıb.

“Və bu ərzaq böhranı Qərb ölkələrinin, həm ABŞ, həm də Avropa ölkələrinin koronavirus epidemiyası ilə bağlı problemlərini həll etmək üçün əsassız, iqtisadi cəhətdən əsassız emissiyalarla məşğul olmağa başlaması nəticəsində yaranıb”, – o deyib.

Görüş zamanı Rusiya lideri həmçinin bildirib ki, Moskva afrikalı dostların Ukraynadakı vəziyyətin həlli yollarının tapılmasında marağını yüksək qiymətləndirir. O, həmçinin əməkdaşlığın yeni perspektivlərinə ümid etdiyini bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…