29 Fevral 2024 / 11:33

PUTİNDƏN MDB-DƏ RUS DİLİNİN TƏBLİĞİ ÜÇÜN AYRILAN VƏSAİTİN ARTIRILMASI GÖSTƏRİŞİ

Rusiya prezidenti Vladimir Putin hökumətə rus dilinin və mədəniyyətinin xaricdə təbliği ilə bağlı proqramların maliyyələşdirilməsini artırmağı tapşırıb.

 TEZADLAR.AZ xəbər verir ki, o, bu barədə Federal məclisə illik müraciətində bildirib.

 “Mən hökumətdən rus dilinin və çoxmillətli mədəniyyətimizin təbliği sahəsində beynəlxalq proqramların maliyyələşdirilməsini artırmağı xahiş edirəm.  İlk növbədə, əlbəttə ki, MDB-də və bütövlükdə dünyada”, – deyə Vladimir Putin bildirib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!