23 Aprel 2025 / 14:19

Putin döyüş lazerləri üzərində işi sürətləndirməyə çağırıb

Rusiya prezidenti Vladimir Putin qabaqcıl silah növləri, o cümlədən pilotsuz qayıqlar və lazer sistemləri üzərində işi sürətləndirməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə dövlət başçısı Hərbi-Sənaye Komissiyasının iclasında çıxışı zamanı deyib.

Putin bildirib ki, görüşdə həm indiki mərhələdə, həm də gələcəkdə silahlı qüvvələrin və hərbi-sənaye kompleksinin inkişafını müzakirə etmək vacibdir.

“Hazırda qarşıda duran vəzifə müxtəlif hədəfləri vurmağa qadir olan lazer sistemlərinin, xüsusən pilotsuz təyyarələrin, gələcəkdə isə digər hərbi texnikanın: təyyarələr, raketlər və s.-nin hazırlanmasıdır”, – Rusiya prezidenti bildirib.

Dövlət başçısı əlavə edib ki, bu sahədə artıq hazır komplekslər və gələcəkdə faydalı olacaq işlənmələr var.

Digər perspektivli sahələrə müxtəlif növ robot sistemlərinin yaradılması daxildir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!